Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" səfərdə "Arsenal"a 0:1 hesabı ilə məğlub olub. SİA-nın məlumatına görə, UEFA Londonun "Emreyts" stadionunda keçirilən matçla bağlı intizam işi açıb. Birinci səbəb oyunun nəzərdə tutulduğundan 3 dəqiqə gec başlaması olub.
Qurum matçın 90+3-cü dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olan azarkeşlə bağlı da araşdırmalara başlayıb. Meydan sahibi komandanın təhlükəsizliyi təmin etməməsinə görə cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, qərar 2019-cu ilin fevralın 21-də açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB