Qvardiola açıqladı: "Qışda yeni transferlər olmayacaq"

Qvardiola açıqladı: "Qışda yeni transferlər olmayacaq"

İngiltərənin "Mançester Siti" klubu qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək. Klubun rəsmi "Twitter" səhifəsində yer alan məlumata görə, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib.

Qeyd edək ki, "Mançester Siti" yay transfer pəncərəsində "Lester"dən hücumçu Riyad Mahrezi (67 milyon avro), Hollandiya "Zvolle"sindən müdafiəçi Filip Sandler və Şotlandiya "Seltik"indən Daniel Arzanini(890 min avro) heyətinə qatıb. Komanda hazırda İngiltərə Premyer Liqasında 41 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə