Atçılıq Federasiyası hesabat verib - FOTOSLAYD

Atçılıq Federasiyası hesabat verib - FOTOSLAYD

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) hesabat mətbuat konfransı keçirib. 2010-cu ilin yekununa həsr olunmuş konfransı federasiyanın baş katibi Bəhruz Nəbiyev açıb. O, ARAF-ın 2010-cu ildə gördüyü islərdən ətraflı bəhs edib.

Respublikada atçılıq idman növünə dövlət qayğısını xüsusi qeyd edən baş katib Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə Federasiyaya dəstək verdikləri üçün minnətdarlığını bildirib. O, 2010-cu ildə 13 yarış keçirildiyini, bunlardan 2-nin beynəlxalq səviyyəli olduğunu diqqətə çatdırıb.

B. Nəbiyevin sözlərinə görə 2011-ci il ARAF üçün daha məsuliyyətli olacaq: "2011-ci ildə yığma komandamız Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda iştirak edəcək".

 

Daha sonra yığma komandanın heyəti açıqlanıb.

 

1.Ramal Rəhimov

2.Hikmət Musayev

3.Seyid Musayev

4.Patrikmak Enti

5.Françesko Franko

 

Tədbirdə qeyd olunub ki, Azərbaycanın 2 hakimi - Zaur Əliyev və Bəhruz Nəbiyev beynəlxalq dərəcəli hakim adına layiq görülüb. 2010-cu ilin mart ayında Azərbaycanda cıdır yarışlarına start veriləcək. 2011-ci ildə cıdır yarışları sahəsində daha təcrübəli jokeylər və hakimlər yetişdiriləcək. Cıdır yarışları çərçivəsində 13 yarış keçiriləcək. Yarışın ümumi mükafat fondu 155 000 manat olacaq.

Qeyd edək ki, Azərbaycanda hərracların keçirilməsi də nəzərdə tutulub. Artıq satışa çıxarılacaq 50 at müəyyənləşdirilib. Atların qiyməti heç də baha olmayacaq.

Sonda 2010-cu il ərzində atçılıq idman növü üzrə keçirilən yarışları yüksək səviyyədə işıqlandırdıqlarına görə bir sıra KİV nümayəndələri mükafatlandırılıb. SİA və agentliyin idman yazarı Elgün Vidadioğlu da diplomla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə