Yanvarın 18-20-də Bakı İdman Sarayında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə “Arpaçay Open” beynəlxalq turniri keçiriləcək. Bu haqda SİA-ya Azərbaycan Milli Karate Federasiyasından (AMKF) məlumat verilib.
Bildirilib ki, AMKF və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.
Turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata, ertəsi gün isə 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite yarışları təşkil olunacaq. Turnirin sonuncu günündə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında müxtəlif çəki dərəcələrində kumite yarışları keçiriləcək. Qalib və mükafatçılar federasiyanın diplom, kubok və medalları ilə təltif olunacaqlar.
Yarışın açılış mərasimi yanvarın 19-da saat 17:00-da olacaq.
Beynəlxalq turnirə qeydiyyat yanvarın 10-dan 17-dək ilk dəfə olaraq internet vasitəsilə aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB