"Bavariya" 10 ildən sonra öz rekordunu təkrarlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində məğlubiyyət acısı yaşamayıb. Qrup mərhələsinin son matçında “Ayaks”la qarşılaşmada 3:3 hesablı bərabərliyə imza atan “Bavariya” ümumilikdə 14 xal toplayıb.
Alman klubu “Ayaks”la ilk oyunda da heç-heçə edib. “Bavariya” “Benfika” və AEK-lə qarşılaşmalarda isə 12 xal qazanıb.
Qeyd edək ki, komanda son dəfə qrup mərhələsini 2008/9 mövsümündə məğlubiyyətsiz başa vurub.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB