Uels – Azərbaycan oyunu hansı stadionda keçiriləcək?

Uels – Azərbaycan oyunu hansı stadionda keçiriləcək?

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turunda keçiriləcək Uels – Azərbaycan oyununun stadionu müəyyənləşib. Uels Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, qarşılaşma “Kardiff Siti” arenasında olacaq. Ümumiyyətlə, britaniyalılar seçmə mərhələdəki bütün oyunlarını bu stadionda keçirəcək.

Gələn il sentyabrın 6-na nəzərdə tutulan Uels – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla birgə E qrupunda yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə