"Barselona"da 12 ildən sonra ilk antirekord

"Barselona"da 12 ildən sonra ilk antirekord

"Barselona" 12 il sonra Çempionlar Liqasında ilk dəfə öz oyun tərzini sərgiləyə bilməyib. Qol.az xəbər verir ki, kataloniyalılar "Totenhem"lə matçda (1:1) rəqibi ilə müqayisədə topla az oynayıb. Ernesto Valverdenin komandasının topa sahib olma faizi 49,8 olub.

London təmsilçisi Avropanın ən mötəbər klub turnirində 2006-cı ildən bəri "Barsa"nı topa nəzarətdə geri qoyan ilk komanda olub. Qeyd edək ki, İspaniya klubu qrup mərhələsini lider olaraq başa vurub

Bütün xəbərlər Facebook səhifəmizdə