AQF-nin nümayəndəsi beynəlxalq konqresdə iştirak edib

AQF-nin nümayəndəsi beynəlxalq konqresdə iştirak edib

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Parisdə cari ilə yekun vurub. SİA-nın məlumatına görə, ənənəvi olaraq, hər ilin sonunda keçirilən konqresdə 135 milli federasiyanın nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və fəxri qonaqlar iştirak ediblər.

“Qılıncoynatma - bizim gələcəyimizdir” şüarı altında keçirilən konqresdə idmanın bu növünün gələcək inkişaf perspektivləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Qılıncoynatma Federasiyasını (AQF) FIE-nin konqresində baş katib Vasif Məmmədov təmsil edib.

Tədbirdən sonra qurumun 105 illiyi ilə bağlı qala gecə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə