"Mançester Siti"də yeni qapıçı

"Mançester Siti" yeni qapıçı transfer edib. SİA-nın məlumatına görə, "şəhərlilər" MLS təmsilçisi "Kolumbus"dan Zek Steffenin keçidini rəsmiləşdirib. 23 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. ABŞ millisinin üzvü gələn ilin yayında komandaya qoşulacaq.

Qeyd edək ki, Z.Steffen ötən mövsüm MLS-də 32 oyuna çıxıb və qapısında 42 top görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə