“Roma” baş məşqçini dəyişmək niyyətindədir

“Roma” baş məşqçini dəyişmək niyyətindədir

“Roma” klubu baş məşqçi Eusebio Di Françesko ilə müqaviləyə xitam vermək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub rəhbərliyi onun yerinə tanınmış məşqçi Antonio Konteni gətirmək istəyir. Bildirilir ki, hazırda A.Konte ilə “Roma”nın idman direkotru Françesko Totti danışıqlar aparır.

Qeyd edək ki, təcrübəli çalışdırıcının son iş yeri “Çelsi” klubu olub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə