"İlin zərbəsi"nin finalçıları müəyyənləşib - VİDEO

"İlin zərbəsi"nin finalçıları müəyyənləşib - VİDEO

Qadın Tennisçilər Assosiasiyası (WTA) azarkeşlərin seçimi əsasında "İlin zərbəsi" nominasiyasında ilk dördlüyü elan edib. SİA WTA-ya istinadən xəbər verir ki, finala polşalı Aqneşka Radvanska (Oklend), rumıniyalı Simona Halep (Mayami), taybeyli Se Şuvey (Xirosima) və tunisli Ons Jaberin (Moskva) zərbələri çıxıb.

Azarkeşlər səs vermək üçün aşağıdakı linkdən (Rəsmi sayt) istifadə edə bilərlər:

http://www.wtatennis.com/news/final-vote-2018-wta-shot-year

Qeyd edək ki, əvvəlki dörd ildə ən yaxşı zərbənin sahibi Aqneşka seçilib. Bu dəfə də polşalı tennis ustası namizədlər arasındadır.

Xatırladak ki, Aqneşka bu il karyerasını başa vurub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə