ŞOK! Nigeriyalı fırıldaqçı menecer Azərbaycan klublarından nə istəyir? - ÖZƏL
Bir neçə saat öncə Nigeriyanın futbol üzrə aşağı liqa klublarının Azərbaycan klubları ilə yoldaşlıq görüşləri keçirmək istədikləri barədə xəbər yayımlamışdıq. Bu barədə SİA-ya Nigeriyada bu işlərlə məşğul olan firmanın meneceri Samuel Japheth məlumat vermişdi. O, Azərbaycan klublarının rəsmiləri ilə əlaqələr qurmağa çalışdıqlarını bildirimişdi.
Daha sonra bizimlə İsveçrədə fəaliyyət göstərən "Football Sportıve Consult" şirkətinin Bakıdakı nümayəndəsi (menecer) əlaqə saxlayaraq nigeriyalı menecerin yalançı olduğunu bidlirdi. O, nigeriyalının Azərbaycan klubları ilə danışıqlar apararaq, bu ad altında öz ölkəsindən qaçaq insanlar çıxarmaq istədiyini bildirdi. "Football Sportıve Consult" şirkətinin meneceri Samuel Japhethin onların şirkəti ilə də belə əlqələr yaratdığını, hətta oteldə yer də ayrıldığını, ancaq sonradan danışıqların yalan olduğunun üzə çıxdığını bildirib.
Azərbaycan klublarının rəsmilərini danışıqlar zamanı diqqətli olmağa çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB