"Liverpul", PSJ və "Tottenhem" 1/8 finala vəsiqə qazanıb - Çempionlar Liqası

"Liverpul", PSJ və "Tottenhem" 1/8 finala vəsiqə qazanıb - Çempionlar Liqası

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur. A, B, C və D qruplarında son turun oyunları keçirilib. SİA-nın məlumatına görə, C qrupunda PSJ və "Liverpul" 1/8 finala çıxıblar. B qrupunda isə "Barselona"nın ardından "Tottenhem" mərhələ adlayıb. PSV ilə heç-heçə edən "İnter" qrupda qalıb.

Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında "Portu"ya 2:3 hesabı ilə uduzub və Avropa Liqasına vəsiqə qazanıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

11 dekabr

A qrupu

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya) - 0:0

"Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Rafael Qerrero, 15, 88

B qrupu

"Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Usman Dembele, 7 - Lukas Mura, 85

"İnter" (İtaliya) - PSV (Hollandiya) - 1:1

Qollar: Mauro İkardi. 73 - İrvinq Losano, 13

C qrupu

"Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0

Qol: Məhəmməd Salah, 34

"Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4

Qollar: Marko Qobelyiç, 56 - Edinson Kavani, 10, Neymar, 40, Markinyoş, 74, Kilian Mbappe, 90

D qrupu

"Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3

Qollar: Sofiane Fequili, 45 (pen.), Ərən Dərdiyok, 65 - Felipe, 17, Mussa Mareqa, 42 (pen.), Serxio Olivyera, 57

Qeyri-dəqiq penalti: Sofian Fequili, 67

"Şalke" (Almaniya) - "Lokomotiv" (Rusiya) - 1:0

Qol: Alessandro Şöpf, 90+3

Bütün xəbərlər Facebook səhifəmizdə