Vüqar Həşimov beynəlxalq turnirdə iştirak edəcək

Vüqar Həşimov beynəlxalq turnirdə iştirak edəcək

İtaliyada beynəlxalq şahmat turniri keçiriləcək. SİA-nın məlumatına görə, dekabrın 28-də start veriləcək yarış dairəvi sistem üzrə təşkil olunacaq.

Turnirdə Azərbaycan qrossmeysteri Vüqar Həşimov (2733), V.İvançuk (Ukrayna, 2764), S.Movsesyan (Slovakiya, 2721), F.Karuana (İtaliya, 2709), D.Navara (Çexiya, 2708), A.Morozeviç (Rusiya, 2700), F.Valyexo (İspaniya, 2698), A.Onişuk (ABŞ, 2683), N.Şort (İngiltərə, 2680), M.Qodena (İtaliya, 2549) olmaqla 10 şahmatçı mübarizə aparacaq.

Turnir yanvarın 6-da yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə