"Neftçi" PFK-ya birinci divizionda mübarizə aparan "Abşeron" futbol klubundan müraciət daxil olub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, müraciətdə birinci divizionda lider olan komandanın rəhbərliyinin flaqmanın 4 futbolçusunu 6 aylıq müddətinə icarəyə götürmək istədikləri bildirilib. "Abşeron" klubu "Neftçi"nin gənc üzvləri - Eşqin Quliyev, Orxan Həsənov, Ruslan Tağızadə və Slavik Alxasovu heyətinə qatmaqda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB