"İnter"in "Birlik Kuboku"ndakı görüşlərinin ardıcıllığı müəyyənləşib

"İnter"in "Birlik Kuboku"ndakı görüşlərinin ardıcıllığı müəyyənləşib

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq "Birlik Kuboku"nun təqvimi açıqlanıb. SİA-nın məlumatına görə, A qrupunda mübarizə aparacaq Azərbaycan Premyer Liqasının qalibi Bakının "İnter" klubu görüşlərini aşağıdakı ardıcıllıqla keçirəcək:

15 yanvar (şənbə)
"İnter" (Azərbaycan) - "Neftçi" (Qırğızstan). Saat 12:00
16 yanvar (bazar)
"İstiklol" (Tacikistan) - "İnter" (Azərbaycan). Saat 12:00
18 yanvar (çərşənbə axşamı)
"İnter" (Azərbaycan) - "İskra-Stal" (Moldova). Saat 13:00

Qeyd edək ki, "İnter" klubu oyunlarını "Peterburqskiy" İdman Kompleksində keçirəcək.

"Birlik Kuboku"15-23 yanvar tarixində başa tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə