AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq, iclasda müzakirə olunan mövzulara toxunub:
- 4 əsas məsələ var idi. Biri milli komandanın son bir ildəki nəticələri idi. Sonra aşağı yaş millilərinin baş məşqçilərininin müqavilələrinə xitam verilməsi ilə bağlı müzakirələr aparıldı. Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin hesabatı dinlənildi. Həmçinin, lisenziyalaşdırma ilə bağlı “A” meyarına uyğun olaraq maliyyə şəffaflığı ilə bağlı müvafiq qərar qəbul edildi. Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyni zamanda “Qarabağ”ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdir. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdür. Ötən il İK qərarı qbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindir. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O, son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlər oldu. Keçən il aşağı yaş millilərinə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi.
- Açıqlamlarınız bir-birini vurur. Əgər Qurban Qurbanovla ötən il müqavilə bağlanılıbsa, bu o deməkdir ki, İK-nın üzvləri yanlış qərar veriblər. Bu fikirlə razısınızmı? İkinci məsələ isə Qurban Qurbanov “Qarabağ”a görə göndərilibsə, aşağı yaş qrupularındakı məşqçilər göndərilməməliydi. Ümumi şəkildə hər kəsi göndərirsinizsə, bu, o deməkdir ki, həmin sistemi kənara çıxarırsınız.
- İlk olaraq, birinci verdiyiniz suala cavab verim. İK-nın ötən il qərar qəbul etdiyi amillər var. Hər addım komitədə müzakirə olunmuşdu. Müzakirə olunmuşdu ki, bu, böyük bir yük, ağır bir işdir. İki komandanı idarə etmək, baş məşqçi olmaq çətin işdir. Və iclasda Qurban Qurbanovun da fikri soruşuldu. O da qeyd etdi ki, bu yükü üzərinə götürməyə tam şəkildə hazırdır. Heç kim deyə bilməz ki, İK-da verilən hər qərar yüz faiz düz qərardır. Yəni, bu günkü iclasda bu da müzakirə olundu və bəzi üzvlər tərəfindən etiraf da oldu. Yəni, o vaxt bu məsələyə daha da dərin baxmalıydıq. Unutmayaq ki, ötən mövsüm milli komandanın 70 faizi “Qarabağ”ın üzvlərindən ibarət idi. Hazırda bu, belə deyil. İkinci suala gəlincə, əsas milli digərlərindən ayrıdı. Digərlərində isə çoxsaylı təlim-məşq toplaışları olur. Demək olar ki, hər ay bunlar təşkil olunub. Ancaq biz gördük ki, bunun faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. Əgər komanda beynəlxalq oyuna çıxırsa və 4 “qırmızı” alırsa, bu, komandanın böyük problemidi. İK da başa düşür ki, bunları həll etməliyik. Söhbət tək nəticədən getmir, qələbə qazanmaq da, məğlub olmaq da olar, feyr-pleyi pozmamalıyıq. Dünyada bunu ciddi təbliğ edirlər. Gənc futbolçularımız da buna uyğun davranmalıdılar. Çünki onlar gələcəkdə əsas komandanın üzvü olacaqlar. U-19-un nəticəsi oldu və Vüqar Məmmədlə yola davam edəcəyik.
- Qurban Qurbanovla qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verildiyi bildirilib. Amma sizin danışığınızdan belə başa düşdük ki, razılıq əsasında yox, istefaya göndərilib.
- Xeyr, qarşılıqlı olub. Mən istefa sözünü deməmişəm. Qurban Qurbanov da iclasa dəvət olundu, onunla da müzakirələr etdik. Və o da bununla razılaşdı.
- Millinin yeni baş məşqçisi əcnəbi olacaq? Onu da nəzərə almaq lazımdır ki, Avropa çempionatının seçmə mərhələsinə çox az vaxt qalıb.
- İcraiyyə Komitəsinin üzvləri və AFFA prezidenti artıq katibliyə tapşırıq verib. Namizədlərin siyahısı hazırlanmalı və rəhbərliyə təqdim olunmalıdır. Mövzu əcnəbi və yerli mütəxəssisdən getmədi. Namizədləri Məşqçilər Komitəsi ilə müzakirə edəcəyik. Onların fikrini bilmək çox vacibdir. Namizədlərin siyahısı hazırlanacaq və rəhbərliyə təqdim olunacaq.
- İclas nə zaman olacaq?
- İlin sonuna qədər iclası reallaşdıracağıq. AÇ-nın seçmə mərhələsinə az vaxt qalıb və yeni məşqçi komandasını tanımalıdır. İlin sonu və ya yanvar ayının əvvəli növbəti iclasımız olacaq.
- Uğursuzluqlardan sonra Qurban Qurbanov bildirmişdi ki, hər şeyə yenidən başlamalıyıq. Siz nə düşünürsünüz?
- Təbii ki, baş məşqçi futbol tərəfini fikirləşir. Lakin mən deyə bilmərəm ki, Qurban müəllim nəyi düşünür.
- Hakimlər Komitəsinin tərkibində kimlər yer alacaq?
- Bütün strukturu təqdim edəcəyik.
- Millinin uğursuz çıxışından sonra istəs sosial şəbəkələrdə, istərsə də mediada daha çox sizin adınız çəkilir. Niyə çoxları düşünür ki, Elxan Məmmədov Azərbaycan futbolunu məhv edir?
- Növbəti həyatımda futbolçu olmağa çalışaram. Bilirsiniz, süni şəkildə hər şey ola bilər. Sərbəstlikdi, hər insan istədiyi fikri irəli sürə bilər. Şərt odur ki, təhqir etmədən. Biz sağlam tənqidi alqışlayırıq, bundan nəticə çıxarmağa çalışırıq. İnsanın şəxsi həyatı da belədi. Hər insan sağlam tənqidi qəbul etməlidi. Bu gün AFFA olaraq, bütün milli komandalara dəstək göstərmişik. Elə bir təlim-məşq toplanışı yoxdu ki, subyektiv yanaşaq və onu ləğv edək. Bu, dəfələrlə müzakirə olunur. Biz şərait yaradırıq, uşaq futboluna dəstək veririk.
- Uşaq futboluna diqqət ayrılsa da, heç bir səviyyədə inkişaf olmur. Bunun səbəbi nədir?
- O suala klublar cavab verə bilər. AFFA bütün yarışları təşkil edir. Ola bilər, səhv etmişik, 7-8 yaşlı uşaqlar üçün yarışlar olmalıdır. UEFA uşaq futboluna görə klublara pul ayırır və bu vəsaitə yaxşı akademiya təşkil etmək olar.
- Millidəki postundan istefa verən məşqçilər futbolçu qıtlığından şikayətlənirlər. Bu cümlənin işlədilməsində sizin və AFFA-nın günahı nə qədərdi?
- Hazırda çempionatımızda 8 komanda çıxış edir. Limitə uyğun olaraq minimum 5 futbolçu meydanda olmalıdı. Digər 5 nədəf isə ehtiyatda oturmalıdı. Bu, 80-ə yaxın futbolçu edir. "Sumqayıt" daha çox yerli futbolçulara güvənir, futbolçu sayı çoxdur. "Sumqayıt" milliyə düşə biləcək futbolçular güvənir və bu, yaxşı haldı. Keyfiyyətə gəlincə, bunu AFFA və PFL müəyyən edə bilməz. Ona görə də bu sualları klublara vermək lazımdır. Ola bilər ki, hardasa səhv var.
- Maliyyə məsələsi ilə bağlı xərclər açıqlanmayacaq. Ancaq bu, daha vacib məqamdır...
- İki il ərzində 100 faizlik şəffaflıq sistemi tətbiq olunacaq. Bunun üçün vaxt lazımdır. 24 arzində mərhələ-mərhələ bunu həyata keçirmək istəyirik. Bu gün AFFA-nın gəlirləri də, xərcləri də şəffaf şəkildə açıqlanır. Bu artıq son 9 il ərzində edilib. İctimaiyyət bilməlidir ki, klub nə qədər pul xərcləyib, sponsordan nə qədər maliyyə daxil olub.
- AFFA aşağı yaşlılar arasında liqalar təşkil edir, ancaq struktur düzgün deyil sanki. Məsələn, 12 komanda iştirak edir, 4-ü final mərhələsnə yüksəlir, qalan 8 komandadakı uşaqlar “itir”...
- Tamamilə razıyam. Bernhardt Lippertin hesabatının əsas qırmızı xətlə olanları da məhz bunlar idi. Bu, böyük problemdir. İstəyirik ki, hər liqada finalçılar müəyyənləşəndən sonra ikinci kubok yaradaq. UEFA özü də bu intensivliyi nəzrə alıb, UEL-2-ni yaratdı.
- AVRO-2020-nin seçmə mərhələsi üçün hədəf nə olacaq?
- Hədəf daha əvvəlki illərə müqayisədə daha yaxşı nəticə qazanmaqdır. Ancaq gəlin, əvvəlcə yeni baş məşqçini müəyyənlədirək, sonra hədəflər barədə danışaq.
- Baş məşqçiyə görə hədəflər dəyişir?
- Yox, təbii ki, dəyişmir. Ancaq biz reallığı nəzərə almalıyıq. 2020-ci il çempionatı çox vacibdir. Çünki ev sahibliyi edəcəyik. Vəsiqə qazansaq, iki oyunu Bakıda keçirəcəyik. Yeni baş məşqçi ilə danışıqlar zamanı Avro-2020-nin niyə vacib olduğu izah ediləcək. 2016-da demirdik, 2024 üçü də ola bilər deməyək. Ancaq indi bu, çox vacibdir.
- Yeni baş məşqçidən tələblər nə olacaq?
- Eyni tələblərdir. Daha yaxşı nəticə qazanmaq və Avro-2020.
- Daha yaxşı nəticə hansıdır?
- Əvvəlki illəri nəzərə almalıyıq.
- Qrupda 4-cü yer?
- 4-cü yer və ya 11 xaldan çox. Ancaq 2020-ci ilə bizim üçün xüsusilə vacibdir.
- Bernhard Lippert işinə davam edəcək?
- Müqaviləsi davam edir. Ola bilər ki, gələn il tərk etsin.
- Dediniz ki, aşağı yaş qruplarının məşqçilərinin istefası nəticə verməmələrinə görə oldu. Ancaq ziddiyət yaranır ki, onlara nəzarət etməli olan şəxs postunda qalır...
- Son 12 ayda Lippert ancaq müşahidə edirdi. Gənclərdən ibarət millilərin baş məşqçiləri şərt qoymuşdular ki, onların işinə heç kim qarışmasın. Buna görə də Məşqçilər Komitəsinin üzvləri də, Lippert də daha çox müşahidəçi kimi oyunlara gedirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



