Gəncə gimnastı: “Nəticələrimi daha da yaxşılaşdırmağa çalışacağam” - AÇIQLAMA
“Azərbaycan birinciliyindəki çıxışım pis deyildi. Ancaq daha yaxşı nəticə göstərə bilərdim”. SİA-nın məlumatına görə, bunu Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarında mübarizə aparan Gəncə gimnastı Nərmin Əsgərova deyib.
O, bədii gimnastika üzrə milli komandanın tərkibində çıxış etməyi arzuladığını qeyd edib.
Gimnast gələcəkdə nəticələrini daha da yaxşılaşdırmağa çalışacağını bildirib: “Mən bədii gimnastikanı sevirəm və bu idmanı özüm seçmişəm. Valideynlərim isə məni dəstəkləyiblər. Ən kiçik yaşlardan mənim bu idmana marağım olub, televizorda gimnastların çıxışlarını maraqla izləmişəm”.
Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB