Bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışları davam edir.
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları davam edir. SİA-nın məlumatına görə, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparırlar. İdmançılar arasında “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” klubu, “Zirvə” beynəlxalq idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, “Zabrat” idman klubu, həmçinin Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri çıxış edirlər.
Qeyd edək ki, dekabrın 6-da start götürən turnirin sonuncu günündə (9 dekabr) bölgələrarası kubok yarışları keçiriləcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxışları yerinə yetirəcəklər.
Yarışların ən maraqlı məqamı sonuncu günə təsadüf edəcək. Tamaşaçılar ötən il olduğu kimi, bu il də “Qızıl yaş” şousunda məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələrini izləyə biləcəklər.
Yarışa dekabrın 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB