"Sumqayıt"ın məşqçiləri “Altınordu”nun düşərgəsində - FOTOLAR

"Sumqayıt"ın məşqçiləri “Altınordu”nun düşərgəsində - FOTOLAR

"Sumqayıt” Futbol Akademiyasının məşqçi heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. SİA-nın məlumatına görə, məşqçilər "Altınordu”nun futbol akademiyasında təcrübə keçəcəklər.

Artıq iş başında olan mütəxəssislər İzmir klubunun təlim-məşq bazası ilə tanış olub, akademiyanın iş sistemi və hazırlıq planları ilə maraqlanıblar. Bu işdə onlara "Altınordu” futbol akademiyasının direktoru Sərdar Savaş yardımcı olub.










Bütün xəbərlər Facebook səhifəmizdə