İtaliya Futbol Federasiyası hakimə hücum edənləri sərt cəzalandıracaq

İtaliya Futbol Federasiyası hakimə hücum edənləri sərt cəzalandıracaq

İtaliya Futbol Federasiyası hakimə qarşı hücumun olduğu hadisələrlə bağlı sərt intizam qərarları qəbul edib. SİA-nın məlumatına görə, əgər hakimə hücum nəticəsində onun tibbi müdaxiləyə ehtiyacı olmayacaqsa, bu halda təqsirkar 1 il müddətinə diskvalifikasiya olacaq. Hakimə hücumdan sonra tibbi müdaxilə olacağı təqdirə isə cəza 2 ilə yüksəldiləcək.

Qərarın qəbul edilməsində əsas səbəb İtaliyanın aşağı divizionlarında hakimə hücumların tez-tez təkrarlanmasıdır. Federasiya ağır cəzalarla insidentlərin sayını azaltmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə