Totti və Buffona federasiyadan iş təklifi

Totti və Buffona federasiyadan iş təklifi

"Əfsanəvi futbolçular Françesko Totti və Canluici Buffon İtaliya Futbol Federasiyasında çalışa bilər". SİA-nın məlumatına görə, bunu federasiya prezidenti Qabriel Qravin deyib.

O bildirib: "Buffon və Totti dünya futbol ulduzlarıdır. Onları bütün azarkeşlər sevir. Bu insanlarla bağlı necə müsbət fikirlər söyləməyim? Onlarla əməkdaşlıq edə bilərik. Çünki federasiyada rəhbər vəzifə təklif edəcəyik".

Qeyd edək ki, Totti hazırda "Roma"da çalışırsa, Buffon PSJ-nin formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə