"Neftçi” Antalyada 3 yoxlama görüşü keçirəcək

"Neftçi” Antalyada 3 yoxlama görüşü keçirəcək

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq. Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə