"Arsenal"ın futbolçusu 9 ay futboldan uzaq qalacaq

"Arsenal"ın futbolçusu 9 ay futboldan uzaq qalacaq

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal"ın zədəli futbolçusu Rob Holdinqin durumuna aydınlıq gəlib. Klubun rəsmi saytında yer alan xəbərə görə, tibbi müəyinədən keçən 22 yaşlı müdafiəçinin sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib.
Həkimlər onun 6-9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə Holdinq üçün mövsümün bitməsi deməkdir. Qeyd edək ki, Holdinq İngiltərə Premyer Liqasının 15-ci turunda "Mançester Yunayted"lə qarşılaşmanın ilk hissəsində zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə