Topaz Premyer Liqanın 14-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, Samir Abasov Ağdam klubu ilə görüşdə 4 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar yarımmüdafiəçilər Bilal Həmdi, Kamal Mirzəyev, İlkin Muradov və hücumçu Pərdis Fərcad-Azaddır. Futbolçuların hamısı cəzalı durumdadır.
Əlcəzairli Bilal Həmdi son turda "Qəbələ" ilə oyunda qırmızı vərəqə alıb. Digərləri isə sarı vərəqə limitini doldurdğu üçün ilin son oyununu buraxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB