"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib

"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Superliqa təmsilçisini bundan sonra Hikmet Karaman çalışdıracaq. 58 yaşlı mütəxəssis bu postda Ərtoğrul Sağlamı əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, Kayserispor Türkiyə Superliqasında 14 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə