“Real” 1/8 finala yüksəlib

İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, “Real” öz meydanında aşağı liqa təmsilçisi “Melila”nı qəbul edib. İlk görüşdə 4 cavabsız qolla qalib gələn Madrid klubu bu dəfə rəqibini 6:1 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

“Real” - “Melila” 6:1
Qollar:
Asensio, 33 (1:0), 35, (2:0), Sançez, 39 (3:0), İsko, 47 (4:0), Vinikus, 75 (5:0), Qasmi, 81 (5:1), İsko, 83 (6:1)

Bütün xəbərlər Facebook səhifəmizdə