Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər arasında Dünya birinciliyinin mükafatçıları – Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev daha təcrübəli rəqiblərinə məğlub olublar. SİA-nın xəbərinə görə, uzun illər milli komandamızın lideri olmuş Emil Məhərrəmov Sadiq Eynullayevlə görüşdə hesabda 3:9 geridə olarkən, zədələnib və döyüşü davam etdirə bilməyib.
Final görüşlərinin nəticələri
49 kq
Salman Əlizadə (Sədərək) 5:7 Elvin Məmişzadə (Sumqayıt-Sədərək)
52 kq
Şaban Şahpələngov (Qızıl Əlcək) 4:5 İlkin Ağayev (Rabitə)
56 kq
Rəhim Nəcəfov (Rabitə) 5:3 Elnur Əliyev (Rabitə)
60 kq
Elvin İsayev (Rabitə) 0:2 Heybətulla Hacəliyev (Rabitə)
64 kq
Nurlan Məmmədov (Lənkəran) 3:8 Tamerlan Abdullayev (Rabitə)
69 kq
Emil Məhərrəmov (Rabitə) – Sadiq Eynullayev (Rabitə) Məhərrəmov zədələndiyindən görüşü davam etdirə bilməyib
75 kq
Murad Ağamalıyev (Rabitə-Təhsil) 1:3 Rahib Bəylərov (G.Əsədov-Rabitə)
81 kq
Ramil Əliyev (Neftçi) 0:7 Vətən Hüseynli (Rabitə)
91 kq
Sərxan Cabbarov (Neftçi) 3:7 Teymur Məmmədov (Rabitə)
91 kq+
Elçin İsmayılov (Neftçi) 0:9 Fərid Paşayev (Rabitəçi)
Komanda hesabında Rabitə İdman Cəmiyyətinin boksçuları birinci olublar. "Neftçi" İSM 2-ci, "Sədərək" klubu isə 3-cü nəticə göstərib.
Turnirin ən yaxşı boksçusu üçün ayrılmış mükafat Teymur Məmmədova təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB