Naci Şensoy: “Kamran Ağayev Kasilyasdan güclü qapıçıdır"

Naci Şensoy: “Kamran Ağayev Kasilyasdan güclü qapıçıdır"
"Turan"ın yeni baş məşqçisi Naci Şensoy Kamran Ağayevi İker Kasilyasdan güclü qapıçı hesab edir. SİA-nın məlumatına görə, türk çalışdırıcı millimizin qapıçısını Dünya və Avropa çempion olmuş qolkiperlə müqayisə edib: "O vaxt Kamranın 19 yaşı var idi. "İnter"lə oyunda 3:4 hesabı ilə uduzduq. Amma Kamranı oynatdım. İki kobud səhv etdi. Buna görə məni qınadılar. Çünki komandada təcrübəli qapıçı olsa da, 19 yaşlı futbolçunu oynatmışdım. Kamranın istedadına bələd idim. O vaxt da demişdim, indi də deyirəm Ağayev Kasilyasdan güclü qapıçıdır", deyə Şensoy bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə