“İsmayıllı rayonundan Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışlarında iştirak etmək üçün gəlmişəm. Artıq Azərbaycan birinciliyində bir neçə çıxışımı başa vurmuşam. Öz çıxımdan razıyam”. Bunu SİA-ya açıqlamasında Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarında mübarizə aparan İsmayıllı rayonunun kiçik yaşlı gimnastı Lamiyə Əhmədova deyib.
O, qarşısına dünya səviyyəli gimnast olmaq məqsədi qoyduğunu bildirib: “İstəyirəm ki, Marina Durunda kimi peşəkar gimnast olum və beynəlxalq arenada yüksək nailiyyətlər əldə edim. Buna görə də məşqlərimi həvəslə davam etdirir, məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirirəm”.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə