Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək. SİA-nın məlumatına görə, 12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayacaq.
Keçiriləcək dörd oyunun hər birində birinci divizion təmsilçiləri Premyer Liqa klubları ilə qarşılaşacaq. Bir oyundan ibarət olan bu mərhələnin qalibləri 1/4 finalda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə"yə rəqib olacaq. Adıçəkilən komandalar ötən mövsüm Topaz Premyer liqanı ilk 4-lükdə başa vurduğundan kubokda mübarizəyə birbaşa 1/4 finaldan başlayacaq.

6 dekabr (cümə axşamı)

Azərbaycan kuboku

1/8 final

13:30. “Ağsu” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Ağsu şəhər stadionu

13:30. “Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

13:30. “Qaradağ Lökbatan” – “Sumqayıt”
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“AZAL Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə