PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya, futbol üzrə Argentina millisinin heyətində ötən yay Rusiyada keçirilən dünya çempionatındakı uğursuz çıxışlarını xatırlayıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, mundialda qrupdan çətinliklə çıxdıqlarını və 1/8 finalda mübarizəni dayandırdıqlarını söyləyən 30 yaşlı futbolçu yığmanın kapitanı Lionel Messi haqda da danışıb: “Dünya çempionatında məğlub olduqdan sonra Messi paltardəyişmə otağına getdi və başını divara vurmağa başladı. Çox əsəbi və məyus idi. Məncə, o, yenidən milli komandaya qayıdacaq”.
Qeyd edək ki, Argentina millisi DÇ-nin 1/8 finalında son çempion Fransa millisinə 3:4 hesabı ilə məğlub olaraq yarışı tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB