"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniya Futbol Federasiyasının dəvətini rədd edib. "AS" nəşrinin yaydığı xəbərə görə, 33 yaşlı hücumçu Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək Libertadores Kubokunun final oyununu - "River Pleyt" - "Boka Xuniors" matçını izləmək təklifi alıb. Lakin yayda "Real"dan "Yuventus"a keçən Ronaldo belə tez bir zamanda İspaniyaya dönməsinin yersiz olduğunu əsas gətirərək "yox" cavabı verib. "Barselona"nın hücumçusu Lionel Messi isə oyunu canlı izləyəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB