İngiltərə klubunda yeni baş məşqçi

İngiltərə klubunda yeni baş məşqçi

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi məlum olub. Bu barədə ingilis klubunun rəsmi saytı xəbər yayıb. Mark Hyuzu istefaya göndərən klub rəhbərliyi bu vəzifəyə avstriyalı çalışdırıcı Ralf Hazenhyuttlı gətirib. 51 yaşlı mütəxəsislə 2 il yarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Ralf Hazenhyuttl son olaraq ötən il Almaniyanın “Leypsiq” klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə