"Zirə” Antalyada 4 oyun keçirəcək

"Zirə” Antalyada 4 oyun keçirəcək

Futbol üzrə Topaz Premyer Liqasnın digər klubları kimi “Zirə” də qış hazırlığını Türkiyədə keçəcək. Klubun mətbuat xidmətindən verilən məlumatına görə, “qartallar” 13-27 yanvar tarixləri arasında Antalyada təlim-məşq toplanışında olacaq. Sabir Abasov 2 həftəlik hazırlıq prosesində komandasını 4 yoxlama oyununda sınayacaq. Ancaq hələlik rəqiblərin adları bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə