Boks üzrə dünya çempionatı gələn il Yekaterinburqda keçiriləcək

Boks üzrə dünya çempionatı gələn il Yekaterinburqda keçiriləcək

2019-cu ildə kişilər arasında boks üzrə dünya çempionatı Yekaterinburqda keçiriləcək. Bu barədə məlumatı Rusiya Boks Federasiyasının mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, federasiya bu qərarı Sverdlovsk vilayətinin təklifi əsasında qəbul edib. Yarışlar “Yekaterinburq-EKSPO” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov deyib: “Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Vladimiroviç Kuyvaşov regionda idmanın inkişafında şəxsən iştirak edir. Biz boksun inkişafına onun töhfəsini görürük və qiymətləndiririk. Sirr deyil ki, bizim idman növünü Yekaterinburqda çox sevirlər və dünya çempionatının yerinin dəyişdirilməsi barədə təklif hakimiyyət orqanları tərəfindən tam dəstəklənib. Bu iri turnirin keçirilməsi Sverdlovskda boksun inkişafına yeni təkan verəcək. Yeni boks məktəbləri açılacaq. Bu, regionun iqtisadi inkişafına da kömək edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə