“Mançester Siti” möhtəşəm göstəriciyə imza atıb

“Mançester Siti” möhtəşəm göstəriciyə imza atıb

“Mançester Siti” İngiltərə çempionatında möhtəşəm göstəriciyə imza atıb. SİA-nın məlumatına görə, Premyer Liqanın son turunda “Uotford”a 2:1 hesabı ilə qalib gələn "şəhərlilər" mövsümün ilk 15 oyununda inanılmaz top fərqinə nail olublar.

45 qol vuran, 7-ni buraxan Pep Qvardiolanın komandasının top fərqi +38-dir. Çempionatın ilk 15 oyununda bundan yaxşı nəticəyə sonuncu dəfə 125 il əvvəl - 1892/93 mövsümündə “Sanderlend" imza atıb. O vaxt isə top fərqi +39 olub.

Qeyd edək ki, “Mançester Siti” hazırda 41 xalla liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə