“Mançester Yunayted” liderliyini davam etdirir

“Mançester Yunayted” liderliyini davam etdirir

İngiltərə Premyer Liqasında XIX turun oyunlarına start verilib. SİA-nın məlumatına görə, turun əksər qarşılaşmaları elə ilk oyun günündə baş tutub.
İki matç əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.  Baş tutan görüşlərdən lider "Mançester Yunayted" növbəti qələbəsini qazanmaqla, liderliyini davam etdirib. "Mançester Siti" də səfərdə Barri və Tevezin qolları sayəsində qalib gəlib. "Aston Villa" isə səfərdə "Tottenhem"lə bacarmayıb.

İngiltərə Premyer Liqası

XIX tur
 
26 dekabr
 
"Fulhem" – "Vest Hem" 1:3
 
"Bləkbörn" – "Stok Siti" 0:2
 
"Bolton" – "Vest Bromviç" 2:0

"Mançester Yunayted" – "Sanderlend" 2:0

"Nyukasl" – "Mançester Siti" 1:3

"Vulverhempton" – "Uigan"  1:2

"Aston Villa" – "Tottenhem"  1:2

Təxirə salınan oyunlar:
 
"Blakpul" – "Liverpul"

"Everton" – "Birmingem"
 
Bu gün isə "Arsenal" - "Çelsi" qarşılaşması baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə