Türkiyə Kubokunda 1/16 final mərhələsinə start verilib - NƏTİCƏLƏR
Futbol üzrə Türkiyə Kubokunda 1/16 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Səfərdə “Sivas Belediye Spor”un qonağı olan “Trabzonspor” aşağı dəstə təmsilçisinin müqavimətini qıra bilməyib - 2:2.
Günün ən bol qollu oyunu isə “Alanyaspor” və “Kahramanmaraşspor” komandaları arasında olub. Bu görüşdə Superliqa təmsilçisi qonaqları 7:2 hesabı ilə məğlub edib.
Ümumilikdə isə 6 oyunda qapılara 25 qol vurulub.
Qeyd edək ki, bu mərhələnin digər oyunları bu gün və sabah keçiriləcək. Cavab matçları isə dekabrın 18, 19 və 20-də oynanılacaq.
Türkiyə Kuboku, 1/16 final mərhələsi, ilk oyunlar
4 dekabr
"Sivas Belediyespor" - "Trabzonspor" 2:2
"Gənclərbirliyi" - "Hatayspor" 2:1
"Nazilli Belediyespor - "Göztepe" 0:3
"Antalyaspor" -"Darıca Gənclərbirliyi" 2:2
"Alanyaspor" - "Kahramanmaraşspor" 7:2
Rizespor - Balikesirspor 0:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB