Yurgen Klopp 8 min funt sterlinq cərimələnib

Yurgen Klopp 8 min funt sterlinq cərimələnib

İngiltərə Futbol Federasiyası "Liverpul" baş məşqçisi Yurgen Kloppu 8 min funt sterlinq (təxminən 9 min avro) məbləğində cərimələyib. Buna onun Premyer Liqanın 14-cü turunda "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkət səbəb olub. Klopp Divok Oriqinin qələbə qolundan sonra meydançaya qaçıb və qapıçı Alison Bekkeri qucaqlayıb. Matçdan sonra alman mütəxəssis etdiyi hərəkətə görə üzr istəyib.

Federasiya belə hal yenidən təkrarlanacağı təqdirdə, Kloppa daha ağır cəza veriləcəyi ilə bağlı xəbardarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə