Futbol üzrə Fransa çempionatının 16-cı turunda keçirilməli olan PSJ – “Monpelye” oyunu təxirə salınıb. Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qarşılaşma Paris polisinin istəyilə başqa vaxta keçirilib. Həmin gün Fransa paytaxtında ölkədə benzinin qiymətinin qaldırılmasına etiraz mitinqi olacaq. Azarkeşlərin və futbolçuların təhlükəsizliyini nəzərə alan federasiya matçın oynanılmamasını məqsədəuyğun sayıb. Oyunun vaxtı yaxın günlərdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB