"Sərhədçi" Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında "Azərbaycan Kuboku" yarışları başa çatıb. SİA-nın məlumatına görə, yarışın son günündə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Gərgin mübarizə şəraitində davam edən yarışın nəticələrinə görə yığma komandaya üzv olmaq hüququ qazanan idmançılar aşağıdakılardır:
66 kq
1. Rüstəm Əliyev – 1 saylı nümayəndəlik, DİN İC
2. Rəsul Çunayev – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Elxan Nəbiyev – 1 saylı nümayəndəlik, Atasport
3. Azad Əliyev – 1 saylı nümayəndəlik, İnter
74 kq
1. Rafiq Hüseynov – 1 saylı nümayəndəlik, DİN İC
2. Niyaməddin İbrahimov – 1 saylı nümayəndəlik, İnter
3. Toğrul Yunisli – 1 saylı nümayəndəlik, İnter
3. Emin Əhmədov – 1 saylı nümayəndəlik, İnter
84 kq
1. Saman Təhmasibi – 1 saylı nümayəndəlik, Atasport
2. Şəhriyar Məmmədov – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Roman Kamadadze – 1 saylı nümayəndəlik, Gömrük
3. Elməddin Abdullayev – 1 saylı nümayəndəlik, DİN İC
96 kq
1. Qasım Rzayi – 1 saylı nümayəndəlik, Atasport
2. Şalva Qadabadze – 1 saylı nümayəndəlik, Atasport
3. Səid Şükürzadə – 1 saylı nümayəndəlik, Atasport
3. Ramik Abbasov – 3 saylı nümayəndəlik, Qusar
120 kq
1. Redomir Petkoviç – 1 saylı nümayəndəlik, Atasport
2. Bəşir Babacanzadə – 1 saylı nümayəndəlik, Atasport
3. Faiq Surxayev – 2 saylı nümayəndəlik, Sumqayıt
3. Maksim Proxorov – 1 saylı nümayəndəlik, Atasport
Qeyd edək ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışda 1991-ci il təvəllüdlü və yuxarı yaşlı güləşçilər iştirak ediblər. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal, tam dəst idman geyimi və pul mükafatı ilə təltif olunub və ölkə yığma komandasının heyətinə cəlb olunub.
Qalib və mükafatçılara verilən tam dəst idman geyimi xüsusi olaraq AGF üçün hazırlanıb. İdman dəstinə 2 dəst idman geyimi, şortik, bric, corab, krasovka, 2 dəst üçbucaq boğaz mayka, 2 dəst polo mayka, 2 ədəd idman çantası (böyük və balaca) daxildir.
Onu da qeyd edək ki, Azərbaycan Kuboku yarışlarında görüşlərin daha obyektiv və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Güləş Federasiyası tərəfindən qonşu dövlətlərdən olimpiya və beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Eyni zamanda, yarışları FİLA-nın instruktoru Konstantin Mixaylov da müşahidə edib. Bu, AGF-nin ölkəmizdə güləşin inkişafı üçün atdığı növbəti addımdır.
Final yarışlarının idarə edilməsi əcnəbi hakimlərə həvalə edilib ki, bu da görüşlərin daha şəffaf və obyektiv keçirilməsinə şərait yaradıb. Bu, həm də yerli hakimlərimizin beynəlxalq həmkarları ilə birgə təcrübə mübadiləsi aparmasına və onların təcrübələrini daha da artırmasına zəmin yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB