Kilian Mbappe ən yaxşı gənc futbolçu seçilib

Kilian Mbappe ən yaxşı gənc futbolçu seçilib

Xəbər verdiyimiz kimi, "France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna verilən "qızıl top" mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilin ən yaxşı gənc futbolçusu da açıqlanıb. PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe ən yaxşı seçilib.

20 yaşlı futbolçu Trent-Aleksander Arnold ("Liverpul" / İngiltərə), Patrik Kutrone ("Milan" / İtaliya) və Canluici Donnarumanı ("Milan" / İtaliya) qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə