İspaniyanın "Barselona" futbol klubunun sabiq prezidenti Xosep Luis Nunyes dünyasını dəyişib. Bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib. Məlumatda deyilir ki, o, 87 yaşında vəfat edib.
Qeyd edək ki, X.L.Nunyes 1978-ci ildən 2000-ci ilə qədər Kataloniya təmsilçisinin rəhbəri olub. Komanda bu müddət ərzində 7 dəfə İspaniya çempionu olub, 6 dəfə İspaniya Kubokunu qazanıb. "Barselona" onun prezidentliyi dövründə 1992-ci ildə ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB