Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılıb

Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılıb

Futbol üzrə Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasimi keçirilib. İrlandiyanın paytaxtı Dublində təşkil edilən mərasimdə yarımfinal cütləri müəyyənləşib. Yarımfinalda Portuqaliya Hollandiya, İsveçrə isə İngiltərə ilə qarşılaşacaq.


Millətlər Liqası

Yarımfinal

5 iyun

Portuqaliya - Hollandiya

6 iyun

İsveçrə - İngiltərə

3-cü yer uğrunda oyun

9 iyun

1-ci cütün məğlubu – 2-ci cütün məğlubu

Final

9 iyun

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük görüşü isə iyunun 9-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə