Maradona Meksikada qalmaqal yaratdı

Maradona Meksikada qalmaqal yaratdı

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə qalmaqalla gündəmə gəlib. Meksikanın “Dorados” klubunun çalışdırıcısı azarkeşlərə hücum edib.

"Dorados”un yüksək liqaya vəsiqə uğrunda pley-off görüşündə San-Luis "Atletiko"suna uduzması (2:4) azarkeşlərin etirazına səbəb olub. Onlar Maradonanın ünvanına etiraz şüarları səsləndiriblər. Maradona isə buna dözməyərək onlara hücum çəkib. Klub rəsmilərinin müdaxiləsindən sonra veteran hücumçunu azarkeşlərdən uzaqlaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə