“Atleltiko”nun futbolçusu Dieqo Kosta 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Klubun rəsmi saytında yer alan xəbərə görə, La Liqanın 14-cü turunda “Jirona” ilə matçda(1:1) zədələnən 30 yaşlı hücumçunun tibbi müayinədən sonra sol ayağında problem aşkarlanıb. İspaniya millisinin üzvü yaxın zamanda klubun nəzarəti ilə Brazilyada əməliyyat olacaq. Qeyd edək ki, D. Kosta bu mövsüm Madrid klubunun heyətində ümumilikdə, 15 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB