Georgi Nikolov ölkəni tərk edib

Georgi Nikolov ölkəni tərk edib
Premyer Liqada qış fasiləsi başladığına görə "İnter" əksər futbolçularını istirahətə buraxıb. SİA-nın məlumatına görə, komanda yanvarın 3-də Bakıda toplaşacaq və Türkiyəyə təlim-məşq toplanışına, oradan da "Birlik Kuboku"nda iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.
Klubun prezidenti Georgi Nikolov isə ölkəni tərk edib. O, vətəni Bolqarıstandadı. Klub prezidenti Milad bayramını, 2011-ci ili ölkəsində qarşılayıb, sonra Bakıya dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə