ABŞ millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, komandaya Qreqq Berhalter rəhbərlik edəcək. Yeni baş məşqçinin dekabrın 4-də Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı gözlənilir. 45 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında öz işinə başlayacaq.
Berhalterin ABŞ Futbol Federasiyası ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxartmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB