Çexiya gənclər liqasında 17-ci turun oyunları keçirilir. SİA-nın məlumatına görə, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” evdə “Yabolonets”ə 4:2 hesabı ilə qalib gəlib.
F.Nəbiyev start heyətdə oyuna başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə komandasının ilk qoluna imza atıb. Bu, futbolçunun cari mövsüm rəqib qapılarından keçirdiyi 11-ci top olub.
“Slaviya”nın U-21 komandası 20 xalla 10-cu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB